Canlı
II Avropa Oyunları zamanı Belarusa gedəcək iştirakçı və turist sayı açıqlandı

2019-01-11 / 13:59

“Minks 2019” II Avropa Oyunları zamanı Belarusa ümumilikdə 50 minədək iştirakçı və turist gələcək. Yarışa 18 minə yaxın rəsmi şəxsin təşrif buyuracağı proqnozlaşdırılır. 21 – 30 iyunda keçiriləcək II Avropa Oyunlarına 50 ölkədən 4 mindən çox idmançı qatılacaq və 15 idman növündə 199 medal dəsti sahibini tapacaq. Oyunlar üçün satışa çıxarılan 375 min biletdən indiyədək 10 mini satılıb.

Ruhəngiz Hacızadə