İdman gimnastikası üzrə həm kişilər, həm də qadınlar arasında Avropa çempionatı bu il Bakıda keçiriləcək
2020-06-04 14:09
İdman gimnastikası üzrə həm kişilər, həm də qadınlar arasında Avropa çempionatı bu il Bakıda keçiriləcək. Hər iki yarış dekabrda olacaq və Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq. İdman gimnastikası üzrə kişilər arasında Avropa çempionatı mayda Bakıda olmalı idi. Amma koronavirus pandemiyasına görə təxirə salınmalı oldu.
Nərgiz Camal