İdmançımız Avropa çempionatında qızıl medal qazanıb
Bosniya və Herseqovinanın Sarayevo şəhərində veteran cüdoçular arasında Avropa çempionatı keçirilib. Veteranlardan ibarət cüdo yığma komandamızın üzvü Vüqar Babayev çempionatın qızıl medalının sahibi olub. Vüqar Babayev cüdo üzrə üçqat dünya, dördqat Avropa çempionu, beynəlxalq turnirlərin qalibi və mükafatçısıdır.
Fərid Mehdiyev