İdarəetmədən çıxan avtomobil traktora çırpılıb, 2 nəfər ölüb
Füzuli-Ağdam yolunda "VAZ" markalı avtomobil hərəkətdə olarkən sürücü idarəetməni itirib və maşın yol kənarında dayanan traktora dəyib. Nəticədə VAZ-ın sükanı arxasında olan şəxs və sərnişini hadisə yerində həyatlarını itiriblər. Araşdırma aparılır.
Zülfiyyə Telmanqızı