İdarəetmədən çıxan avtomobil aşıb, 5 nəfər yaralıdır
Hacıqabulun Nəvahı kəndində 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“VAZ-21011” hərəkətdə olarkən idarəetmədən çıxaraq yolun kənarına aşıb. Hadisə nəticəsində Ucar rayonunun Qazlıqumlaq kənd sakinləri - 1972-ci il təvəllüdlü Kəmalə Məmmədova, 1993-cü il təvəllüdlü Sakit Məmmədov, 2000-ci il təvəllüdlü Rahib Əliyev, 2020-ci il təvəllüdlü Qorxmaz Əliyev və 2002-ci il təvəllüdlü İlahə Əliyeva Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Nərgiz Camalzadə