İctimai yerlərdə tənəffüs yollarını qoruyan maskalardan istifadə edilməsi məcburidir
2020-11-19 18:04
Koronavirus infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan maskalardan istifadə edilməsi məcburidir. Noyabrın 21-dən bu tələbi pozanlar cərimə olunacaqlar. Fiziki şəxslər 100, vəzifəli şəxslər 200, hüquqi şəxslər 400 manat məbləğində cərimə ediləcək. Həmin xətanın inzibati tənbeh almış şəxs tərəfindən 1 il ərzində təkrar törədilməsinə görə cərimələr 2 qat olacaq.
Fərid Mehdiyev