Ictimai iaişə obyektləri olan sahibkarlara hansı səbəbdən xəbərdarlıq olundu?

2019-08-08 11:59

Meşə ərazisində fəaliyyət göstərən 35-ə yaxın restoran sahibinə xəbərdarlıq olunub. Səbəb məişət tullantılarının nəzərdə tutulan yerlərə deyil, meşə massivinə atılmasıdır. Hacıkənd və Göygöl meşələrində ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə meşəlik ərazilərdə fəaliyyət göstərən sahibkar və iş adamları ilə görüşdə ekoloji tələb və normalara riyayət olunması, məişət tullantılarının vaxtında daşınması, meşə təsərrüfatının qorunması ilə bağlı göstərişlər verilib. Müqavilə müddəti başa çatan sahibkarların fəaliyyətinə xitam veriləcəyi barədə xəbərdarlıq olunub.

Fərid Mehdiyev