İcra hakimiyyətinin vəzifəli şəxsinin qanunsuz əməlləri ifşa olunub
Abşeron Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsinin qanunsuz əməlləri ifşa olunub. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Abadlıq və Kommunal Xidmətlər İdarəsinin sahə rəisi Vəli Abbasovun qanunsuz hərəkətləri ilə bağlı keçirilmiş əməliyyat tədbiri nəticəsində cinayət işi başlanıb. Onun fərdi yaşayış evinin tikintisinə icazə verilməsi üçün vətəndaşdan 6 min manat pul almasına əsaslı şübhələr müəyyən edilib.
Fərid Mehdiyev