İcma: "Amnesty International"ın bəyanatı əsassız və böhtan xarakterlidir
"Amnesty International" təşkilatı fevralın 17-də Azərbaycan məhkəməsinin erməniəsilli şəxslər barədə çıxardığı hökm barədə tamamilə əsassız, böhtan xarakterli açıqlama ilə çıxış edib.Bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda qeyd olunub.Bəyanatada bildirilib ki, müxtəlif vaxtlarda "Amnesty International"la Ermənistandan deportasiya olunmuş azərbaycanlıların hüquqlarının bərpası ilə bağlı müraciət edilsə də, təşkilat mücərrəd cavab verərək ədalətli mövqe sərgiləməyib.Qurum insan haqlarına siyasi prizmadan yanaşır və bu mövqe beynəlxalq təsisatlara etimadı zədələyir.
19 fevral 2026

