İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 3 mindən çox vətəndaş müraciət edib
2020-01-13 10:00
Ötən il ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə ümumilikdə 3809 müraciət daxil olub. Qurumdan verilən məlumata görə, onların 1393-ü ərizə, şikayət və təklif xarakterli olmaqla məktub, 2416-sı telefon vasitəsilə edilib. Müraciətlərin əksəriyyəti icbari tibbi sığortanın pilot layihə olaraq həyata keçirildiyi Mingəçevir, Yevlax və Ağdaş sakinləri tərəfindən edilib.
Fərid Mehdiyev