Canlı
İcazəsiz balıq ovlayan şəxslər saxlanılıblar

2018-12-06 / 10:04

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Xəzər dənizinin Xaçmaz rayonu ərazisində icazəsiz balıq ovlayan şəxsləri saxlayıblar. Əlibaba Kərimov və İsa Səmədovdan 2 uzunburun, 4 nərə və digər balıq növləri, ov alətləri və asma mühərrikli qayıq götürülüb. Şəxslər barəsində 1573 manat məbləğində iddia qaldırılıb.

Vəfa Şairova