İan Borq: “Bakı ilə İrəvan arasında sülh prosesi ATƏT üçün prioritetdir”
Bakı ilə İrəvan arasında sülh prosesi ATƏT üçün prioritetdir. İki ölkə arasındakı bütün praqmatik məsələləri dəstəkləyəcəyik. Azərbaycanla bütün sahələrdə əməkdaşlığı inkişaf etdirmək istəyirik. Bunu Xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında ATƏT-in fəaliyyətdə olan sədri İan Borq bildirib. Ceyhun Bayramov Ermənistanla sülh sazişinin imzalanmasının mümkünlüyünə toxunub.
ATƏT-in fəaliyyətdə olan sədrinə Qərbi Azərbaycan İcmasının məktubu da təqdim olunub. ATƏT-ə Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıdışına dəstək verməyə çağırılıb.
Vüsalə Cənnətova