I texniki dərəcəli Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi sürətlə davam etdirilir
2021-12-24 14:10
I texniki dərəcəli Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi sürətlə davam etdirilir. Yol boyu 7 tunel inşa edilir. Bundan başqa bu yoldan ayrılan və məşhur “İsa Bulağı”nadək inşa olunacaq yol üzərində 1335 metr uzunluğa malik tunel üzrə də tikinti işlərinə yeni başlanılıb. Hazırda tunellərdə qazma, partlatma və qırıcı üsulları ilə qaya qruntlardan ibarət hissələrin kənarlaşdırılması işləri görülür.
Vüsalə camal