I Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhidlər dəfn olunub
Tərtərdə Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Niyaz İlyas oğlu Novruzovun meyitinin qalıqları Goranboyun Veyisli kəndində dəfn olunub. Tərtərdə tapılan digər şəhid İxtiyar Hüseyn oğlu Əkbərovun meyitinin qalıqları isə Gəncədə Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Fərid Mehdiyev