I Qarabağ müharibəsində xəsarət alanlara birdəfəlik ödənişlər iyulda veriləcək
2021-04-05 18:00
Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödənişlərin veriləcəyi tarix açıqlanıb. Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədr müavini Səfər Mehdiyevin sözlərinə görə, 1991-1997-ci illərdə xəsarət almış Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödənişlərin verilməsinə iyul ayından başlanması nəzərdə tutulub. I dərəcə əlilliyə görə 8800 manat, II dərəcə əlilliyə görə 6600 manat, III dərəcə əlilliyə görə 4400 manat verilməsi nəzərdə tutulur.
Vüsalə camal