I Divizion təmsilçisi "Kəpəz" baxışa legioner çağırıb
2021-11-11 16:10
I Divizion təmsilçisi "Kəpəz" baxışa legioner çağırıb. Nigeriyalı futbolçu Akinyemi Aleks Viktor komandada baxışdadır. 26 yaşlı Aleks yarımmüdafiəçi mövqeyində çıxış edir. O, ölkəsində müxtəlif klublarda oynayıb. Məşqçilər korpusu yaxın günlərdə futbolçu haqda qərar verəcək.
Fərid Mehdiyev