Canlı
İƏT Trampın qərarı ilə bağlı fövqəladə iclas çağıracaq

2017-12-07 / 12:01

İslam Əməkdaşlıq Təşkilatı ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması, eləcə də səfirliyin Təl-Əvivdən Qüdsə keçirilməsi qərarını pisləyir. Təşkilatdan verilən məlumata görə, Qüdsün İsrailin paytaxtı kimi tanınması təkcə müsəlman və ərəblər yox, həm də bu şəhərdə yaşayan xristianlara qarşı yönəlib. Təşkilatdan o da qeyd olunub ki, dekabrın 13-də İƏT bu məsələ ilə bağlı fövqəladə iclas keçirəcək.

Vəfa Şairova