İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının 20-ci sessiyasında Bakı Bəyannaməsi qəbul olunub. Bəyannamədə BMT Nizamnaməsinin və beynəlxalq hüququn prinsiplərinə sadiqlik bir daha təsdiqlənib. Sənəddə parlamentlərarası əməkdaşlığın gücləndirilməsi, ortaq dəyərlərin təşviqi və qlobal çağırışlarla mübarizədə birgə fəaliyyətin əhəmiyyəti vurğulanıb.Həmçinin Fələstin məsələsinin İslam dünyası üçün xüsusi önəm daşıdığı qeyd olunub, Fələstin xalqının hüquqlarına dəstək ifadə edilib. Artan islamofobiya, dini ayrı-seçkilik, nifrət nitqi və ekstremizm qətiyyətlə pislənib.Bəyannamədə beynəlxalq ictimaiyyət ekstremizm, dini təhqir, mənfi stereotiplər və etnik-dini zəmində ayrı-seçkiliklə mübarizəyə çağırılıb. Sənəddə eyni zamanda Kipr türk müsəlmanlarının hüquqlarına dəstək ifadə olunub, onların üzləşdiyi təcridin aradan qaldırılmasının vacibliyi vurğulanıb.
25 iyun 2026

