İƏT Gənclər Forumunun nümayəndələri Gəncədə erməni terroru qurbanlarını yad ediblər
2020-11-18 14:00
İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun rəhbəri Taha Ayhanın başçılıq etdiyi nümayəndə heyəti Gəncəyə səfər edib. Nümayəndələr şəhərin mərkəzi hissəsində Ermənistanın raket hücumlarının səbəb olduğu cinayətin izləri ilə tanış olublar. Erməni terroru zamanı həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq dağılmış evlərin ətrafına gül düzüblər.
Nərgiz Camal