İşsizlər Dünya Bankının vəsaitləri hesabına özünüməşğulluğa cəlb ediləcəklər
2020-03-09 12:00
Bu ildən icra olunacaq layihə 2020-2025-ci illərdə ölkəmizdə əlavə 22 min şəxsin özünüməşğulluq proqramı üzrə kiçik biznesə çıxışına dəstək verəcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, Dünya Bankının Direktorlar Şurası “Azərbaycanda məşğulluğa dəstək layihəsi”ni təsdiq edib. Layihənin əsas məqsədi işsiz şəxslərin formal əmək bazarına və layiqli məşğulluğa çıxışına şərait yaradılmasıdır.
Vəfa Şairova