"İŞİD"in tərkibində vuruşan azərbaycanlı həbs edilib
2021-05-24 18:09
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən ölkə hüdudlarından kənarda qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak edən şəxs saxlanılıb. 35 yaşlı Camalov Orxan Tofiq oğlunun 2014-cü ildə ölkə hüdudlarını tərk edərək “İŞİD” terror təşkilatına tabe olan “Azəri camaatı” adlı qanunsuz silahlı birləşməyə qoşulmasına, təlimlərdə və silahlı münaqişələrdə iştirak etməsinə əsaslı şübhələr müəyyən edilib. Camalov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. O, dindirilmə zamanı törətdiyi cinayət əməllərini etiraf edərək səmimi peşmançılıq hissi keçirdiyini bildirib.
Nərgiz camal