İŞİD İrandakı terror hücumuna görə məsuliyyəti öz üzərinə götürüb
Xarici İşlər Nazirliyi İranda dini məbədə terror hücumunu pisləyib. “İranın Şiraz şəhərindəki Şahçerağ ziyarətgahında baş verən terror aktından təəssüflənirik. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzu edirik. Terrorizmlə üzləşən dövlət kimi Azərbaycan onun bütün forma və təzahürlərini qətiyyətlə pisləyir” - nazirliyin tviter hesabındakı paylaşımında deyilir. Şahçerağ ziyarətgahındakı terror aktında 15 nəfər ölüb, 45 nəfər yaralanıb.
Aktı törədən silahlı şəxslərin ikisi tutulub, biri isə axtarışdadır. İŞİD terror təşkilatı törədilən hücuma görə məsuliyyəti öz üzərinə götürüb.