İşgüzar səfərin proqramı açıqlanıb
2021-10-25 18:06
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sabah Azərbaycana edəcəyi birgünlük işgüzar səfərin proqramı açıqlanıb. Türkiyə Prezident Administrasiyasının məlumatına görə, prezident Füzuli beynəlxalq hava limanının açılışı, avtomobil yolunun və Zəngilanda Türkiyənin də töhfəsi ilə tikiləcək "ağıllı aqropark"ın təməlqoyma mərasimində iştirak edəcək. Həmçinin ikitərəfli münasibətlərlə yanaşı, aktual regional və beynəlxalq məsələlərin müzakirəsi də nəzərdə tutulur.
Nərgiz camal