İş adamı milyonluq dələduzluqla bağlı həbs edilib
Zaqatalada gübrə satışı ilə məşğul olan iş adamı Əmrah Ramazan Valeh oğlu dələduzluqda ittiham olunaraq həbs edilib.Sahibkar aldığı gübrələrin pulunu ödəməməkdə ittiham olunur. İttihama əsasən, zərərçəkmişlərə ümumilikdə 924 min 901 manat ziyan dəyib.Zərərçəkmişlərin şikayətindən sonra həbs edilən təqsirləndirilən şəxsin istintaq dövründə dəymiş ziyanın 144 min manatını ödədiyi bildirilir.
28 oktyabr 2026

