İşə düzəltmək, həbsdən azad etmək vədi ilə 200 min manatlıq dələduzluq edən şəxs həbs olunub
Neftçala sakini Rauf Dadaşov özünü vəzifəli şəxs kimi təqdim edərək vətəndaşlara dövlət qurumlarında işə düzəltmək, məhkumları vaxtından əvvəl azadlığa buraxdırmaq və məhkəmə işlərində kömək etmək vədləri verib.O, həmçinin bir şirkətin vəzifəli şəxsinə bəraət qazandırmaq və audit nəticələrinə təsir etmək adı ilə 140 min manat almaqda ittiham olunur. Ümumilikdə, zərərçəkənlərə 200 min manata yaxın ziyan vurmaqda təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Dəymiş ziyanın 67 min 500 manatı ödənilib. Cinayət işi üzrə məhkəmə prosesi yaxın vaxtlarda başlayacaq.
26 noyabr 2026

