İşğaldan azad olunmuş rayonlardakı komendantlıqlarda Mədəniyyət Nazirliyinin nümayəndələri də var

2020-11-23 14:06

İşğaldan azad olunmuş rayonlardakı komendantlıqlarda Mədəniyyət Nazirliyinin nümayəndələri də var. Onların missiyası həmin ərazilərdə mədəniyyət müəssisələrinin, tarixi abidələrin vəziyyətinin öyrənilməsi və mühafizəsinin təmin edilməsidir. Mədəniyyət nazirinin birinci müavini Anar Kərimov bildirib ki, monitorinqlərin ilkin nəticələrinə əsasən, həmin ərazilərdə 151 mədəniyyət müəssisəsi, 72 kitabxana, 62 mədəniyyət evi və klub, 8 muzey, 9 musiqi məktəbinin olduğu dəqiqləşdirilib. Müəssisələrin hamısı dağıdılmış vəziyyətdədir. 67 tarixi abidə aşkar edilib ki, onların da 34-ü işğalçılar tərəfindən tamamilə dağıdılıb. "Mədəni irsimizə dəymiş ziyanın beynəlxalq təşkilatlar və ekspertlərin köməyi ilə düzgün qiymətləndirilməsinə çalışılır”, - deyə Anar Kərimov vurğulayıb.

Vüsalə Camal

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik