İşğaldan azad olunmuş ərazilərdə tarix və mədəniyyət obyektləri üzrə monitorinqlərin ilkin nəticələri açıqlanıb
2020-11-14 10:04
Mədəniyyət Nazirliyi tərəfindən işğaldan azad olunan rayonların ərazilərində aparılan ilkin monitorinqlər zamanı 56 mədəniyyət müəssisəsi, o cümlədən 25 kitabxana, 19 mədəniyyət evi və klub müəssisəsi, 7 muzey, 5 uşaq musiqi məktəbinin tamamilə dağıdıldığını aşkara çıxarıb. 49 tarix-mədəniyyət abidəsinə, o cümlədən Xocavəndin Hadrud qəsəbəsində Alban məbədinə, Zəngilanın Əmirxanlı kəndində Qız qalasına, Məmmədbəyli kəndində Səkkizguşəli türbəyə, Füzulinin Qarğabazar kəndində karvansaraya baxış keçirilib. 28 abidənin işğalçılar tərəfindən tamamilə dağıdıldığı və yalnız qalıqlarının olduğu aşkar edilib. İşğaldan azad edilmiş ərazilərdə monitorinqlərin aparılması davam etdirilir.
Vüsalə Camal