İşğaldan azad olunan ərazilərdə yeraltı sərvətlər yenidən qiymətləndiriləcək
2020-10-22 10:04
İşğaldan azad olunmuş ərazilərdə yeraltı sərvətlər yenidən qiymətləndiriləcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev onu da bildirib ki, Zəngilan yeraltı və yerüstü təbii ehtiyatlarla zəngin olan ərazilərdən biridir. Hazırda orada faydalı qazıntı yataqlarının vəziyyəti haqqında dəqiq məlumatlara malik olmasaq da, Azərkosmos Açıq Səhmdar Cəmiyyətinin təqdim etdiyi aerofotoşəkillərə əsasən erməni işğalçıları tərəfindən bu yataqların bir hissəsinin vəhşicəsinə istismar edildiyi müşahidə olunub.
Fərid Mehdiyev