İşğaldan azad olunan ərazilərdə FHN-in yerli strukturları fəaliyyətə başlayıb
2020-11-16 10:10
Fövqəladə Hallar Nazirliyi işğaldan azad edilən ərazilərimizdə yerli strukturlarının təşkilini davam etdirir. Dövlət Yanğından Mühafizə Xidmətinin Şuşa şəhər, Cəbrayıl, Zəngilan və Qubadlı rayon Dövlət Yanğından Mühafizə hissələri müvafiq olaraq Şuşa, Cəbrayıl, Zəngilan və Qubadlı şəhərlərində fəaliyyətə başlayıb. Bütün hissələr müvafiq texnika və avadanlıqlarla təchiz edilib. Bundan əvvəl Dövlət Yanğından Mühafizə Xidmətinin Füzuli şəhəri və Xocavənd rayonunun Hadrut qəsəbəsində yerli strukturları fəaliyyətə başlayıb.
Fərid Mehdiyev