İşğaldan azad olunan ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək mexanizmi hazırlanıb
İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu “İşğaldan azad olunan ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək” mexanizmi hazırlayıb. Bu mexanizmin tətbiqi nəticəsində 500 milyon manat kommersiya kreditinin 90 faizədək hissəsinə dövlət zəmanətinin verilməsi nəzərdə tutulur. Bunu Sahibkarlığın İnkişafı Fondunun İdarə heyətinin sədri Osman Xaliyev deyib. O bildirib ki, bununla da faizlərin 3-də iki hissəsi dövlət tərəfindən subsidiyalaşacaq. Fevralın 1-dən etibarən azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlar üçün zəmanət və subsidiya mexanizmi üzrə müraciət imkanı yaradılıb.
Fərid Mehdiyev