İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafla bağlı proqram hazırlanacaq
2020-11-02 14:00
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində iqtisadi inkişafla bağlı proqram hazırlanacaq. Bunu Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev Türk Ticarət və Sənaye Palatasının növbədənkənar iclasından sonra mətbuata açıqlamasında deyib. Təşkilata üzv ölkələr işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının, turizmin və digər sahələrin inkişafı ilə bağlı birgə fəaliyyət göstərəcək. Macarıstan və Türkmənistan da bu fəaliyyətə qoşulacaq.
Nərgiz Camal