İşğaldan azad edilmiş ərazilərdə icra edilən yol layihəsinin mövcud vəziyyəti açıqlanıb
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində avtomobil yolları ilə bağlı 3 layihənin icrası başa çatıb, 13 layihə isə icra olunur. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov bildirib ki, Bərdə-Ağdam, Hadrut-Füzuli və Zəfər yolları hazırdır. Bu ilin sonuna, gələn ilin ortalarına layihələrin 80-90 %-i tamamlanacaq.
Fərid Mehdiyev