İşğaldan azad edilmiş ərazilərdə altı ədəd modul tipli xəstəxana tikilməsi prosesi gedir
2021-02-08 12:02
İşğaldan azad edilmiş ərazilərdə altı ədəd modul tipli xəstəxana tikilməsi prosesi gedir. Şuşada isə artıq tikilib. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Strateji təhlil departamentinin rəhbəri Araz Nəsirov belə deyib. Onun sözlərinə görə, Şuşa da daxil olmaqla Ağdam, Cəbrayıl, Kəlbəcər, Zəngilan və Qubadlı rayonlarının hər birində gələcəkdə böyük xəstəxanalar tikiləcək, modul tipli xəstəxanalar isə müvəqqəti xəstəxana kimi istifadə olunacaq.
Nərgiz camal