"İşğaldan azad edilmiş ərazilərdə 1,5 milyona yaxın mina yerləşdirilib"
Son üç il ərzində azad edilmiş ərazilərdə 109 552 mina və digər partlayıcı qalıqlar aşkarlanıb, 111 207 hektar ərazi təmizlənib. ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib ki, işğaldan azad edilmiş ərazilərdə 1,5 milyona yaxın mina yerləşdirilib və 9 min kv.km-ə yaxın ərazi minalarla çirklənib. Bu günə kimi 65 nəfər mina qurbanı olub, 272 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Nərgiz Camalzadə