İşğaldan azad edilmiş ərazilərə qanunsuz yollarla keçən mülki şəxslər saxlanılıblar
2020-02-10 16:08
Ötən gün Xocavənd və Füzuli rayonlarındə daxili işlər orqanlarının əməkdaşları tərəfindən qabaqlayıcı profilaktik tədbirlər keçirilib. Nəticədə qeyd edilən rayonların işğaldan azad edilən ərazilərinə qanunsuz yollarla keçən 6 nəfər Ağcabədi sakinləri - Qafar Qələndərov, Firdovsi Əliyev, Emin Mamedov, Səfər Əliyev, Elçin Əliyev və Mahir Mamedov müəyyən edilərək saxlanılıblar. Həmin şəxslərin əməllərinə hüquqi qiymət verilməsi üçün araşdırmalar davam etdirilir.
Vüsalə Camal