İşğal zamanı ermənilər tərəfindən 37 idman qurğusu dağıdılıb
2020-12-04 14:06
Gənclər və İdman Nazirliyi azad edilən ərazilərdə işğaladək mövcud olan idman obyektlərinin siyahısını hazırlayıb. Ermənilər tərəfindən Zəngilan, Ağdam, Qubadlı, Kəlbəcər, Şuşa və Laçında ümumilikdə 37 idman qurğusu dağıdılıb. Nazirliyin Mətbuat katibi Səmayə Məmmədovanın verdiyi məlumata görə, Dövlət İnvestisiya Proqramına uyğun olaraq, mərhələli şəkildə idman qurğuları və obyektləri müasir tələblərə uyğun yenidən tikiləcək və bərpa olunacaq.
Fərid Mehdiyev