İşğal olunmuş torpaqlarımızda terror təşkilatı yaradanlar barədə cinayət işi başlanıb
2020-11-03 14:06
Ermənistan vətəndaşı Vladimir Vartanov və qeyrilərinin Ermənistandan kənarda yaşayan müxtəlif millətlərdən olan digər ölkə vətəndaşlarını cəlb edərək, həmin şəxslərdən ibarət “VoMa” adı altında Azərbaycanın qanunvericiliyində nəzərdə tutulmayan silahlı birləşmə yaratmaları, birləşmə üzvlərinə terrorçuluq məqsədilə təlim keçmələri, həmin silahlı birləşmə tərkibində Azərbaycanın işğal olunmuş ərazilərində terrorçuluq əməllərini törətmələri və sair cinayət əməllərinə dair Baş Prokurorluq tərəfindən araşdırma aparılıb. Müəyyən edilən qanunazidd əməllərlə bağlı faktlar üzrə cinayət işi başlanılıb, istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib.
Vüsalə Camal