İşğal altında olan Azərbaycan ərazilərindən qeyri-qanuni məqsədlərlə istifadə halları müzakirə olunub
İşğal altında olan Azərbaycan ərazilərindən qeyri-qanuni məqsədlərlə istifadə halları Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və Türkiyənin Quru Qoşunları Komandanı, ordu generalı Salih Zeki Çolakın görüşündə əsas müzakirə mövzusu olub. Görüşdə Ermənistanın təcavüzü nəticəsində işğal altında olan 20 faiz Azərbaycan torpaqlarında sərhəd təhlükəsizliyinə olan təhdidlər və transsərhəd cinayətkarlığına qarşı mübarizə barədə də məlumat verilib. Tutduğu vəzifədə ilk xarici səfərini Azərbaycana etdiyini bildirən Salih Zeki Çolak Türkiyənin Azərbaycanın vacib tərəfdaşı olduğunu deyib.
Vəfa Şairova