İşğalı altında olan torpaqlarımızda dağıntıların miqyası ağlasığmazdır
2020-11-09 17:04
30 ildir Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarında dağıntıların miqyası ağlasığmazdır. Bunu Prezidentin köməkçisi Hikmət Hacıyev özünün “Twitter” hesabında yazıb. “Hətta kərpic və daş da talan edilib. Tezliklə, Ermənistanın törətdiyi bu cür dağıntılar geri qayıdan məcburi köçkünlərə daha yaxşı gələcək qurmaq üçün tikinti və inşaatla əvəz olunacaq” - deyə paylaşımda qeyd edilib.
Nərgiz Camal