2021-06-04 10:12
Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri - Aleksey Overçukun, Şahin Mustafayevin və Mher Qriqoryanın birgə sədrliyi ilə keçirilən üçtərəfli işçi qrupunun 10-cu iclasından sonra Moskva, Bakı və İrəvan sərhəd, gömrük və digər nəzarət növlərini müzakirə ediblər və mövqelərini yaxınlaşdırıblar. Tərəflər, o cümlədən Azərbaycan və Ermənistan ərazilərindən avtomobil və dəmir yollarında vətəndaşların, nəqliyyat vasitələrinin və malların təhlükəsiz keçməsi məsələlərini müzakirə edib və mövqelərini bir araya gətiriblər. Baş nazirlərin müavinləri həmçinin Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında nəqliyyat əlaqəsini təmin edən magistralın Ermənistan ərazisindən keçməsi üçün mümkün marşrutları müzakirə ediblər.
Vüsalə camal