İƏT Təmas Qrupu Ağdam və Gəncəyə səfər edəcək
2021-04-06 10:00
Bu gün İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Təmas Qrupunun üzvlərinin Ermənistan tərəfindən törədilmiş müharibə cinayətləri ilə tanışlıq məqsədilə işğaldan azad edilmiş Ağdam rayonu və Gəncə şəhərinə səfəri nəzərdə tutulur. İƏT Təmas Qrupunun nümayəndələrinin müxtəlif dövlət qurumlarında görüşləri də olmalıdır.
Fərid Mehdiyev