Hərbi pilotlarımız “Birləşdik – 2024” beynəlxalq təlimində iştirak ediblər
Qazaxıstanda keçirilən “Birləşdik – 2024” beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təlimində Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri döyüş atışlı təlim-məşq uçuşlarını icra ediblər. Hərbi pilotlarımız tərəfindən hava kəşfiyyatının aparılması, şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin olunması, onlara zərbələr endirərək məhv edilməsi üzrə tapşırıqlar müvəffəqiyyətlə icra olunub.
Vüsalə Cənnətova