Hərbi hissə və cəzaçəkmə müəssisələri üzrə seçicilərin siyahısı dəqiqləşdirilir
Hərbi hissələrin, istintaq təcridxanalarının və cəzaçəkmə müəssisələrinin ərazilərində yaradılan məntəqələr üzrə seçicilərin siyahılarının dəqiqləşdirilməsi müddəti sabah başa çatır. Seçkilərdə "exit-poll” keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün təqdim etdiyi sənədlərin qəbulu üçün ayrılan vaxt də yanvarın 18-də sona yetir. Növbədənkənar prezident seçkiləri fevralın 7-ə təyin edilib.
Vüsalə Cənnətova