Hyustonda soydaşlarımız müharibədən zərər çəkmiş şəxslərə dəstək məqsədilə tədbir keçiriblər
2020-11-16 14:05
Hyustonda soydaşlarımız müharibədən zərər çəkmiş şəxslərə dəstək məqsədilə tədbir keçiriblər. Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, azərbaycanlılarla yanaşı, türklər, amerikalılar, türkmənlər, yəhudilər və bosniyalıların da iştirak etdiyi tədbirdə əsgərlərimizin şücaətini əks etdirən rəsm əsərləri nümayiş olunub və milli təamlarımız təqdim edilib. Xeyriyyə tədbirindən əldə edilən 10 min 197 ABŞ dollarının Azərbaycanda müharibədən zərər çəkmiş mülki şəxslərin ehtiyaclarına sərf olunacağı bildirilib.
Nərgiz Camal