"Human Rights Watch" Ermənistanın Bərdə şəhərinə raketlərlə zərbələr endirdiyini təsdiqləyib
2020-10-30 10:05
"Human Rights Watch" Ermənistanın Bərdə şəhərinə raketlərlə zərbələr endirdiyini təsdiqləyib. "Ermənistan silahlı qüvvələri Bərdə şəhərinə beynəlxalq səviyyədə qadağan edilən kasetli döyüş sursatları və ən azı bir uzun mənzilli raket növünü atıb. Ən azı 21 mülki şəxsin öldüyü və ən azı 70 nəfərin yaralandığı bildirilir", - açıqlamada qeyd edilib. "Amnesty International" da Ermənistanın Bərdəyə raket hücumunu təsdiqləyərək, "Kasetli sursatlardan mülki ərazilərə qarşı istifadə etmək amansızlıqdır və məsuliyyətsizlikdir. Onların istifadəsi beynəlxalq humanitar hüquqa əsasən qadağandır" - deyə bildirilib.
Nərgiz Camal