Horadiz-Ağbənd dəmiryol xəttində tikinti işlərinin 70 %-i tamamlanıb
Zəngəzur dəhlizinə gedən yol olan Horadiz-Ağbənd dəmiryol xəttinin layihələndirilməsi 85 %, tikintisi isə 70 % həcmdə tamamlanıb.Bu barədə "Azərbaycxan Dəmir Yolları" QSC-dən məlumat verilib.Bu dəmir yolu azad olunmuş ərazilərin iqtisadi dirçəlişinə təkan verməklə yanaşı, Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək və Türkiyəyə qədər uzanacaq yeni nəqliyyat dəhlizinin tərkib hissəsi olacaq.
27 fevral 2026

