Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisi 45% tamamlanıb
Horadiz-Ağbənd dəmir yolu xətti üzrə tikinti işlərin 45%-i tamamlanıb. “Azərbaycan Dəmir Yolları”-dan vurğulanıb ki, 72-ci kilometrə qədər hissəyə dəmir yolu xətti çəkilib. 2021-ci ilin fevralında təməli qoyulan dəmir yolu xəttinin ox üzrə uzunluğu 110,4 km təşkil edir. Layihə çərçivəsində 9 stansiyanın tikintisi planlaşdırılır.
Vüsalə Cənnətova