Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisi davam etdirilir
Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisi çərçivəsində tunel, qalereya və digər mühəndis qurğularının inşası işləri davam etdirilir. Azərbaycan Dəmir Yollarının (ADY) məlumatına görə, Zəngəzur dəhlizinə birləşəcək strateji əhəmiyyətli dəmir yolu xəttində də tikinti işləri sürətlə irəliləyir.Qeyd olunan dəmir yolu üzrə layihələndirmə işlərinin 85%-i, tikinti işlərinin isə 73 %-i yerinə yetirilib.
27 noyabr 2026

