Hiseyn Brahim Taha Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar başsağlığı verib
Xocalı hadisəsi Ermənistan Respublikası tərəfindən Azərbaycan ərazilərinin qanunsuz işğalının nəticəsidir. Bu barədə İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hiseyn Brahim Tahanın Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar Azərbaycana verdiyi başsağlığında qeyd edilib. "2013-cü ildə qəbul edilmiş Qahirə Yekun Kommunikesi və "1992-ci il Xocalı qırğını qurbanları ilə həmrəylik" qətnaməsi işğal altında olan Xocalı şəhərində mülki azərbaycanlı əhaliyə qarşı törədilən kütləvi vəhşilikləri hərbi cinayətlər, insanlığa qarşı cinayətlər və soyqırımı kimi tanıyıb", - deyə Təşkilatın “Tvitter” hesabındakı paylaşımda vurğulanıb.
Nərgiz Camalzadə