Canlı
Hindistan gələn il “Şimal-Cənub” dəhlizinə qoşulacaq

2017-12-07 / 14:00

Hindistan 2018-ci ilin yanvarından İran və Azərbaycandan keçməklə Rusiyaya konteyner yüklərin daşınmasına başlayacaq. Bunu Hindistanın Aksiz və Gömrük Mərkəzi Şurasının komissarı Sandip Kumar deyib. Onun sözlərinə görə, yük daşınması Hindistanın “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinə qoşulması ilə baş verəcək. Bu, yüklərin daşınma müddətini 35 gündən 17 günədək azaldacaq.

Ruhəngiz Hacızadə